Şəkidə dəhşətli qətlin təfərrüatları məlum oldu

Şəkidə dəhşətli qətlin bəzi təfərrüatları məlum olub.

Bu gün axşam saat 17 radələrində Şəkinin Baş Şabalıd kəndində iki nəfəri amansızcasına odlu silahla qətlə yetirilməsinin bəzi təfərrüatları məlum olub.

Belə ki, qətlə yetirilən 58 yaşlı Azər Sədi oğlu Sədiyev və 67 yaşlı İsrafil Əhmədiyyə oğlu Məmmədsoya məxsus mal-qara hadisəni törətməkdə şübhəli bilinən 59 yaşlı Namik Əbil oğlu Məmmədova məxsus torpaq sahəsinə girib və təsərrüfata ziyan verib.

Bu da qohumluq əlaqəsi olan şəxslər arasında mübahisəyə səbəb olub.

Daha sonra Namik Məmmədov ov tüfəngi ilə əvvəlcə İsrafil Məmmədsoyu, bir qədər sonra isə Azər Sədiyevi güllələyərək öldürüb.

İki nəfər qohumunu güllələyərək qətlə yetirdikdən sonra Namik Məmmədov ov tüfəngi ilə intihara cəhd edib.

Namik Məmmədov hazırda Şəki Rayon Mərkəzi Xəstəxanasında (RMX) müalicə olunur.

Faktla bağlı Şəki rayon prokurorluğunda CM-nin müvafiq maddələri ilə cinayət işi başlayıb. (APA)

Əvvəlki məqalə

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib –

Sonrakı məqalə

Bakıda ər həkim olan həyat yoldaşına 14 bıçaq zərbəsi vurub