“Sən “Rolex”i “Casio”ya dəyişdin…”- Şakira yeni mahnısında Pikeyə "söz atdı"

Kolumbiyalı müğənni Şakiranın intiqam mövzusunda səsləndirdiyi yeni mahnı müzakirələrə səbəb olub. İnternet istifadəçiləri mahnının sözlərinin Şakiranı 23 yaşlı Klara Çiaya görə tərk edən məşhur futbolçu Jerar Pikeyə ünvanlandığını düşünürlər.

Azpost.info xəbər verir ki, bu barədə “Mirror” yazıb.

“Sən “Ferrari”ni “Tvingo”ya dəyişdin. Sən “Rolex”i “Casio”ya dəyişdin. İdman zalları həddindən artıq çoxdur, bir az da beyninizi işlətsəniz…”, – 45 yaşlı ifaçı “Shakira: Bzrp Music Sessions, Vol 53” adlı yeni bəstədə oxuyur.

Müğənni yaşadığı ağrılara baxmayaraq, bundan sağ çıxacağına söz verir: “Mən qayıdacam və daha güclü olacam. Qadınlar daha ağlamır. Ağlayıb yalvarsan da, sənə qayıtmayacağam…”.

Şakira əri Pikeni 2022-ci ilin yayında xəyanətə görə tərk edib. Cütlüyün 2 övladı var.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.