Səyahətə çıxan azərbaycanlılar koronavirusdan necə qorunmalıdır? –TƏBİB açıqladı

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) koronavirus (COVİD – 19) xəstəliyi yayılmış ölkələrə səyahət etmiş şəxslər üçün tövsiyələr verib.

Məlumatda respirator xəstəliyin əlamətlərinin öskürək, qızdırma, ürəkbulanma, nəfəs  darlığı olduğu bildirilib: “Koronavirus xəstəliyi rəsmi olaraq qeydə alınmış ölkələrə səyahət etmiş şəxslərin üzərində müşahidələrin aparılması son təmasdan sonrakı 14 gün ərzində nəzərdə tutulur. Müşahidə müddətində (14 gün ) mümkün qədər evinizi tərk etməyin, insanların sıx toplandığı yerlərə getməyin, şəxsi gigiyena qaydalarına ciddi riayət edin. Tez-tez əllərinizi su və sabunla 20 saniyə ərzində yuyun. İstifadə etdiyiniz dəsmaldan ailə üzvlərinizin istifadə etməsinə yol verməyin. Respirator xəstəlik əlamətləri hiss etdiyiniz halda dərhal 104 (Bakı daxili) və ya 113 (Bakıdan kənar) Təcili yardım nömrələrinə zəng edin və həkim müayinəsindən keçin”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Xəzər TV”-nin yeni direktoru:

Sonrakı məqalə

Bakı Şəhər Polisinə yeni şöbə rəisi təyin olunub