““S-400”lərin hansı hissəsini istehsal edəcəyimizi açıqlamayacağıq” –

Ərdoğan
17 Noyabr 2021 - 22:17

“Türkiyə tərəfi “S-400”ün hansı detallarını hazırlayacağı barədə məlumat açıqlamayacaq”.

Bunu Türkiyə və İspaniya hökumətlərarası 7-ci Zirvə görüşündən sonra keçirilən birgə mətbuat konfransında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

R.T.Ərdoğan deyib ki, “S-400 hissələrinin istehsalı” mövzusunda Türkiyə və Rusiya arasında bu şəkildə razılıq əldə olunduğu üçün məsələyə hər iki tərəf həssaslıqla yanaşır.