Şəkərin qiyməti kəskin bahalaşdı– 16 ayın rekordunu yenilədi

Londonun ICE birjasında 2026-cı ilin oktyabrında tədarük ediləcək şəkər üzrə fyuçerslərin qiyməti kəskin bahalaşıb.

Ticarət məlumatlarına görə, şəkərin qiyməti 2,58 faiz artaraq funt üçün 18,66 sentə yüksəlib.

Bununla da şəkərin qiyməti ilk dəfə 2025-ci il aprelin 8-dən etibarən 18,5 sentlik həddi keçib.

Müqayisə üçün, 2026-cı ilin fevralında şəkər üzrə fyuçerslərin qiyməti funt üçün 13,46 sentə qədər geriləmişdi. Bu, 2020-ci ilin oktyabrından bəri ən aşağı göstərici idi.

Beləliklə, fevraldakı minimumla müqayisədə şəkərin fyuçers qiyməti hazırda təxminən 39 faiz yüksəlib.

Bazar iştirakçıları üçün şəkər qiymətlərindəki bu dəyişiklik qlobal kənd təsərrüfatı əmtəə bazarında diqqət çəkən tendensiyalardan biridir.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.