Abşeronda 18 yaşlı gənc həmyaşıdını bıcaqlayaraq öldürüb

İyulun 22-də saat 17:30 radələrində Abşeron rayonu Mexkalon qəsəbəsində 2005-ci il təvəllüdlü Abbasov Sərdar Sərxan oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 2005-ci il təvəllüdlü Mirzəyev Fərid Nafiz oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

İlkin məlumata görə, cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.

Əvvəlki məqalə

“Çin ABŞ-ı ötüb keçib və dünyanın ən güclüsüdür”

Sonrakı məqalə

Saakaşvili Navalnı ilə həmrəy olduğunu bildirib