Saakaşvilinin partiyası parlamentindəki fəaliyyətini dayandırdı- Boykot qərarı verdi

Tbilisi şəhər məhkəməsi Saakaşvilinin müalicə üçün Avropa klinikasına göndərilməsinə icazə vermədikdən sonra Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin təsis etdiyi Vahid Milli Hərəkat Partiyası parlamenti boykot edib.

Azpost.info xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.

Partiya liderlərindən olan deputat Levan Xabeişvili parlamenti boykot etdiklərini açıqlayıb: “Partiyadan olan deputatlar plenar iclaslarda, parlamentin komitə və komissiyalarının işində iştirak etmək istəmirlər. Vahid Milli Hərəkat Partiyası digər müxalifət partiyaları ilə Gürcüstandakı diktator rejimi səbəbindən deputat mandatlarından açıq şəkildə imtinaya dair danışıqlar aparır”.

Xabeişvili qeyd edib ki, bütün bunların yeganə məqsədi Saakaşvilinin təcili olaraq xarici klinikaya köçürülməsinə nail olmaqdır.

Azpost.info

Əvvəlki məqalə

FHN-in yardımlarından ibarət növbəti təyyarə Türkiyəyə yola düşüb

Sonrakı məqalə

Türkiyədə zəlzələ bölgəsinə sutka boyu 154 uçuş həyata keçirilib