FHN-in yardımlarından ibarət növbəti təyyarə Türkiyəyə yola düşüb- VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin yardımlarından ibarət növbəti təyyarə qardaş ölkəyə yola düşüb.

Bu barədə FHN məlumat yayıb.

Heydər Əliyev Beynəlxalq Aeroportundan Türkiyənin Adana şəhərinə istiqamət alan təyyarə ilə dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, ədyal və qızdırıcılar, habelə mobil səhra hospitalı üçün 3 ədəd konteyner yola salınıb.

Əvvəlki məqalə

“Təyyarələrim yoxdur, Maldivlərə getməmişəm, rahat buraxın…”

Sonrakı məqalə

Saakaşvilinin partiyası parlamentindəki fəaliyyətini dayandırdı