“Saakaşvilinin şərəf və ləyaqəti qorunmalıdır” –Gürcüstan Prezidenti

Gürcüstan Prezidenti Salome Zurabişvili həbsdəki sabiq Prezident Mixeil Saakaşvilinin görüntülərinə münasibət bildirib.

S. Zurabişvili keçirdiyi brifinqdə deyib ki, M. Saakaşvili sıravi bir məhbus deyil, onun dövlətlə bağları var və statusuna hörmət edilməli, şərəf və ləyaqəti qorunmalıdır.

Prezident qeyd edib ki, M. Saakaşvilinin görüntülərinin paylaşılması alçaldıcıdır və qəti şəkildə qəbuledilməzdir.

Xatırladaq ki, bir neçə gün öncə Gürcüstan Ədliyyə Nazirliyinin Xüsusi Penitensiar Xidməti bu ölkənin həbsdə olan üçüncü Prezidenti M. Saakaşviliyə qarşı fiziki güc tətbiq edilərək həbsxana xəstəxanasına zorla aparılmasının görüntülərini paylaşıb. Gürcüstana qeyri-qanuni yollarla qayıdan M. Saakaşvili oktyabrın 1-də Tbilisidə qaldığı mənzildə həbs edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Kərim Tahirov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib

Sonrakı məqalə

Türkiyə səfiri şəhid hərbçilərin yaxınlarına başsağlığı verib