Saatlıda 15 yaşlı oğlan özünü asaraq intihar edib
Hadisə Saatlı rayonunun Nərimankənd kəndində qeydə alınıb.
Həmin kəndin sakini, 2007-ci il təvəllüdlü Novruzov Emin Səftər oğlu özünü yaşadığı evin həyətində asaraq intihar edib. Onun hansı səbəbdən intihar etməsi məlum deyil
Faktla bağlı Saatlı prokurorluğu araşdırma aparır. (APA)