Xırdalanda çoxmərtəbəli binasında yanğınla partlayış olub –14 nəfər təxliyyə olunub

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonunun Xırdalan şəhərində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğınla nəticələnən partlayış hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub.

İlkin məlumata əsasən, hadisə binanın dördüncü mərtəbəsində yerləşən ikiotaqlı mənzildə baş verib. Yanğın nəticəsində mənzilin yanar konstruksiyaları yanıb.

Yanğın zamanı xilasedicilər tərəfindən tüstülənmiş mənzillərdən 14 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyyə olunub. Yanğın bölmələrinin çevik müdaxiləsi nəticəsində alovun yayılmasının qarşısı alınıb, yanğın qısa müddətdə tam söndürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Saatlıda bələdiyyə sədri barəsində cinayət işi başlanılıb

Sonrakı məqalə

Şahzadə Harri anası öləndən sonra narkotik qəbul etdiyini etiraf edib –