Sabah bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sabah ölkə ərazisində yağıntılı və dumanlı hava şəraiti müşahidə olunacaq.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Dumanla əlaqədar olaraq gecə və səhər saatlarında magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı ehtimalı var.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.