Sabah Bakının bu qəsəbəsində işıq olmayacaq

Oktyabrın 10-da saat 10:00-dan 15:00-dək Bakının Xəzər rayonunun Şağan qəsəbəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

“Azərişıq” ASC-dən bildirilib ki, buna səbəb Xəzər rayonunun Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan Şağan qəsəbəsinin bir sıra hissəsində köhnə naqillərin yenilənməsi işləri ilə əlaqədar oktyabrın 10-da elektrik xətlərinin sifarişə əsasən açılmasıdır.

Bildirilib ki, təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.