Sabah hava necə olacaq?- PROQNOZ

Avqustun 30-na gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında yağmursuz hava olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 19-22° isti, gündüz 33-38° isti olacaq. Bakıda gecə 20-22° isti, gündüz 34-36° isti olacaq.

Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65 %, gündüz 25-30 % olacaq. Abşeron çimərliklərində mülayim cənub küləyi əsəcək. Dəniz suyunun temperaturuna gəldikdə, şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24° isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 25-26° isti olacaq.

Azərbaycanın rayonlarındaə əsasən yağmursuz hava olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 34-39° isti, dağlarda gecə 11-16° isti, gündüz 23-28° isti olacaq.

Əvvəlki məqalə

Darya Duqinanın qətlində daha bir Ukrayna vətəndaşını təqsirləndirilir

Sonrakı məqalə

Qarayara xəstəliyindən necə qorunmalı?