Sabah ölkənin bəzi ərazilərində qaz olmayacaq

Görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar 04.10.2024-cü il saat 10:00-dan 13:00-dək “Sərdərov adına BMZ(Digəh)” ölçü qovşağından, saat 09:00-dan işlər yekunlaşanadək “Ağcabədi” və “Beyləqan” ölçü qovşaqlarında qaz təchizatının dayandırılması planlaşdırılır.

“Azəriqaz”dan verilən məlumata görə, qaz təchizatı dayandırılan müddətdə paytaxtın Binəqədi rayonunun M.Ə. Rəsulzadə qəsəbəsinin bir hissəsinin, Baksol ərazisinin, Zəngəzur yaşayış massivinin, Ağcəbədi şəhəri daxil olmaqla, rayonun 9 qəsəbə və 36 kəndinin, həmçinin Beyləqan şəhəri daxil olmaqla, rayonun 1 qəsəbə və 6 küçəsinin qaz təchizatında fasilə müvəqqəti fasilə yaranacaq.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.