Sabah qərb rayonlarına qar yağacaq –Bakıda hava buludlu olacaq (HAVA)

Sabah  Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə çiskinli olacağı  gözlənilir.

Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə,  mülayim cənub-şərq küləyi əsəcək.  

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-9, gündüz  10-12, Bakıda gecə 6-8, gündüz 10-12 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan yüksək 768 mm civə sütunu təşkil edəcək, nisbi rütubət  65-75 faiz  olacaq.

Dekabrın 14-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam  bəzi qərb rayonlarında yağıntılı olacağı, qar  yağacağı gözlənilir. Ayrı-ayrı  yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 0-4,  gündüz 6-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz  0-3 şaxta olacaq.  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Cəlilabad İcra Hakimiyyətinin əməkdaşının intiharı ilə bağlı cinayət işi açılıb

Sonrakı məqalə

DTX və Müdafiə Nazirliyi Hadrutda baş verən təxribatla bağlı məlumat yayıb