Fevralın 27-də Rusiya və Amerika diplomatları İstanbulda görüşərək səfirliklərin işindəki problemləri müzakirə edəcəklər.
AzPost bildirir ki, bu sözləri Rusiya XİN rəhbəri Sergey Lavrov bildirib.
“Biz bildirmişdik ki, diplomatlarımız, yüksək səviyyəli ekspertlərimiz Rusiya səfirliyinin fəaliyyətinə süni əngəllər yaratmaq məqsədilə ABŞ-ın əvvəlki administrasiyasının qanunsuz fəaliyyəti nəticəsində toplanmış sistemli problemləri bir araya gətirəcək və araşdıracaqlar”.
Lavrov deyib ki, dondurulmuş Rusiya aktivləri ilə bağlı məsələnin səfirliklərin fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur: “Aktivlərin verilməsi dövlət səviyyəsində olan məsələdir”.