Tofiq Yaqublunun məhkəməsi təxirə salınıb

16 Aprel 2020 - 14:14

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, Müsavat Partiyasının funksioneri Tofiq Yaqublunun bu günə təyin olunmuş məhkəməsi təxirə salınıb.

Azpost.info bildirir ki, bu barədə vəkil Elçin Sadıqov bildirib: “Bakı Apellyasiya Məhkəməsindən zəng etmişdilər. Tofiq Yaqublunun həbsindən verdiyim apelyasiya şikayəti üzrə apelyasiya baxışının 20 aprel 2020-ci il tarixə saat 14:30-a təxirə salındığını bildirdilər”.

 

**

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, Müsavat Partiyasının funksioneri Tofiq Yaqubluya 3 ay müddətində həbs qətimkan tədbirinin seçilməsi barədə Bakı şəhər Nizami rayon Məhkəməsinin 23 mart tarixli qərarından verilmiş apellyasiya şikayətinə aprelin 16-da Bakı Apellyasiya Məhkəməsinin hakimi Kamran Əkbərovun sədrliyi ilə Yasamal Rayon Məhkəməsinin inzibati binasında baxılacaq.

Bu barədə vəkil Elçin Sadıqov bildirib.

Vəkilin sözlərinə görə, koronavirus pandemiyası ilə bağlı etaplar dayandırıdığından Tofiq Yaqublu məhkəmə iclasında onlayn (videogörüntü ilə) iştirak edəcək.

Məhkəmə iclası qapalı keçiriləcək.

Tofiq Yaqublu martın 22-də saxlanılıb və martın 23-də Bakının Nizami rayon Məhkəməsi onun barəsində təqsirləndirilən şəxs qismində 3 aylıq həbs qətimkan tədbiri seçib.