Sabah Milli Məclisdə müharibə veteranları və şəhid ailələri ilə bağlı dinləmə keçiriləcək

06 Dekabr 2020 - 20:28

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında müharibə veteranlarının, qazilərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial psixoloji adaptasiyasına dair komitə daxilində dinləmə keçiriləcək. 

Bu barədə məsələ komitənin sabah keçiriləcək iclasının gündəliyinə daxil edilib.

Həmçinin, iclasın gündəliyinə koronavirus pandemiyası dövründə sosial müdafiə tədbirləri ilə bağlı dinləmə də daxil edilib.

Eyni zamanda iclasda “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi müzakirə ediləcək.

Qeyd edək ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sabah keçiriləcək iclasının gündəliyinə 3 məsələ daxil edilib. (APA)