Sabahın hava proqnozu

Dekabrın 9-da  Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə çiskinli olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.  

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 2-5, gündüz 6-8, Bakıda gecə 3-5, gündüz 6-8 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan yüksək 772 mm civə sütunu, nisbi rütubət  70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, gündüz əksər rayonlarda tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı  yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu  gecə 0-4,  gündüz 4-8 dərəcə isti, dağlarda gecə 3-8, gündüz  0-3 dərəcə şaxta olacaq.

Tibbi-meteoroloji proqnoz:

Dekabrın 9-da Abşeron yarımadasında meteoroloji amillərin  zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Heydər Əliyev Fondu Qarabağda dini abidələrin bərpasına başlayır –

Sonrakı məqalə

Dünyada COVID-19-a yoluxanların sayı 68 milyonu keçib