Azərbaycanın sabiq Xarici İqtisadi Əlaqələr naziri Qüdrət Quliyev Haqq Ədalət Partiyasının sədr müavini təyin olunub.
Azpost.info bildirir ki, bu barədə partiyanın sədri Əli İnsanov məlumat yayıb.
Q.Quliyev Haqq Ədalət Partiyasının üzvlüyünə qəbul olunmaq üçün müraciət edib. İdarə Heyətində müzakirələrdən sonra Qüdrət Quliyev HƏP üzvlüyünə qəbul olunub.
Daha sonra Q.Quliyev onlayn səsvermə yolu ilə Haqq Ədalət Partiyasının İdarə Heyətinin üzvü və partiyanın sədr müavini vəzifələrinə seçilib.
Qüdrət Quliyev 1955-ci ildə anadan olub. Azərbaycan Dövlət Dillər İnstitutunu və Dövlət Universitetinin hüquq fakultəsini bitirib. 1981-1990-cı illərdə Bakı şəhər Nəsimi rayon partiya komitəsində ideologiya şöbəsinin müdiri işləyib. 1990-1991-ci illərdə Naxçıvan Vilayət partiya komitəsinin katibi vəzifəsində çalışıb. Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. 1995-1997-ci illərdə isə Azərbaycan Xarici İqtisadi Əlaqələr naziri olub.
Qüdrət Quliyev hazırda ABŞ-da yaşayır.