Sabirabadda özünü öldürən qadının əri də intihar etdi

Sabirabadda kimyəvi maddə içərək intihar edən qadının əri də intihara cəhd edib

5 gün əvvəl heyvanlarda parazitlərə qarşı istifadə olunan kimyəvi preparatı içən qadın Sabirabad rayonunun Bala Həşimxanlı kənd sakini, 1991-ci il təvəllüdlü Əliyeva Aygün Zöhrab qızı Şirvan xəstəxanasında ölüb.

5 gün sonra eyni preparatı içən onun həyat yoldaşı, 1988-ci il təvəllüdlü Əliyev Xalid Yavər oğlu həmin kimyəvi maddədən toksiki zəhərlənmə diaqnozu ilə Şirvan xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Onun vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. (APA)

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.