Sabirabadın baş memarı saxlanılıb- Rüşvət almaqda şübhəli bilinir

Sabirabadın baş memarı tutulub.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Sabirabadın baş memarı vəzifəsində çalışan Qasımov Müşviq Vidadi oğlu oğlu saxlanılıb.

O, külli miqdarda rüşvət almaqda və mənimsəmədə şübhəli bilinir.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, qeyd edilən faktla bağlı ictimaiyyətə açıqlama veriləcək.

Əvvəlki məqalə

“Azərbaycan həm regional, həm qlobal məsələlərdə öz mövqeyini nümayiş etdirib”

Sonrakı məqalə

“Pandemiya dövründə 80-dən çox ölkəyə maddi yardım və humanitar dəstək göstərdik”