Şadlıq sarayında faciə –Toy zalındakı çilçıraq fəhləni öldürdü

Xaçmazda şadlıq evində bədbəxt hadisə baş verib.

Hadisə “Aygün” şadlıq sarayında qeydə alınıb.

Həmin şadlıq sarayında fəhlə işləyən, 1967-ci il təvəllüdlü Rəşid Məmmədov toy zalının asma tavanına çilçıraq bağlayarkən yıxılıb. Nəticədə 6 metr hündürlükdən mərmər döşəməyə düşən fəhlə hadisə yerində ölüb. (APA)

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Səkkiz nəfərin deputatlığa namizədliyi bərpa olunub –

Sonrakı məqalə

“İnterpol”un keçmiş rəhbərinə 13 il 6 ay həbs cəzası verilib