“Şah Mat” Teatrının yeni tamaşası –“Zəncirlənmiş adam”

Şah Mat Teatrı 31 oktyabrda dünya şöhrətli Argentina yazıçısı Osvaldo Draqunun “İtə çevrilən adam” hekayəsinin motivləri əsasında hazırlanan “Zəncirlənmiş adam” adlı səhnə əsərini tamaşaçılara təqdim edəcək.

Teatrdan Azpost.info-ya verilən məlumata görə, “Flora Hostel Baku”nun səhnəsində təqdim olunacaq tamaşanın quruluşçu rejissoru Mir Qabil Əkbərov və Ümid Abbas, quruluşçu rəssamı Səbinə Abutalıbzadir.

Absurd üslubunda hazırlanan tamaşada obrazları Mir Qabil Əkbərov,Əminə Cəfərova,Tunar Ali,Ümüd Abbas,Anar Bulud canlandıracaq.

Tamaşanın müəllifləri, argentinalı dramaturqunun klassik hekayəsinə tam fərqli aspektdən yanaşmağı çalışıblar.40 dəqiqəlik davam edən səhnə əsərində, əsərin baş qəhrəmanı Alvardo iş axtarır amma bütün səyləri boşa çıxır. Arvadı Mariya və yeni dünyaya gələcək uşağı üçün məcbur qalıb Nikandronun yanında “it” vəzifəsində çalışır. Amma cəmiyyət onu elə bir vəziyyətə salır ki, artıq Alvardo doğurdan da itə çevrilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Moskvada Nəsiminin abidəsinin açılışı olub –

Sonrakı məqalə

Yunis Səfərovun istintaqı başa çatıb –