“Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağının işlənilməsinin üçüncü mərhələsi həyata keçirilməsi danışıqlardan asılı olan məsələlərdən biridir”.
“APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə BP-in Azərbaycan, Gürcüstan və Türkiyə üzrə əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.
«”Azəri-Çıraq-Günəşli” yataqlar blokunda dərində yerləşən qaz və “Şahdəniz-3” layihəsi danışıqlardan asılı olan məsələlərdir», – deyə B. Aslanbəyli bildirib.
Onun sözlərinə görə, bu məsələlərdə hər şey iqtisadi səmərəliliyindən asılıdır: “Yatırılan investisiyalar və çıxarılacaq resursların iqtisadi səmərəliliyi qiymətləndirilməlidir Bunlar hamısı müzakirə edilməlidir”.