“Şahdəniz-3″ yatağının işlənməsi danışıqlardan asılı olan məsələdir” –BP

“Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağının işlənilməsinin üçüncü mərhələsi həyata keçirilməsi danışıqlardan asılı olan məsələlərdən biridir”.

APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə BP-in Azərbaycan, Gürcüstan və Türkiyə üzrə əlaqələr,  xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

«”Azəri-Çıraq-Günəşli” yataqlar blokunda dərində yerləşən qaz və “Şahdəniz-3” layihəsi danışıqlardan asılı olan məsələlərdir», – deyə B. Aslanbəyli bildirib.

Onun sözlərinə görə, bu məsələlərdə hər şey iqtisadi səmərəliliyindən asılıdır: “Yatırılan investisiyalar və çıxarılacaq resursların iqtisadi səmərəliliyi qiymətləndirilməlidir  Bunlar hamısı müzakirə edilməlidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ceyhun Bayramov pensiya yaşına çatmış məktəb direktorlardan DANIŞDI

Sonrakı məqalə

Moskva hava limanında 40-dan çox İsrail vətəndaşı saxlanılıb