Şahruddin Məhəmmədəliyev Türkiyə klubunu tərk etdi

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Türkiyənin “Adana Dəmirspor” komandasından ayrılıb.

30 yaşlı qolkiper Superliqa təmsilçisi ilə müqaviləsini birtərəfli olaraq pozub.

Ötən ilin yayında “Qarabağ”dan Adana təmsilçisinə keçən Ş.Məhəmmədəliyev bu komandanın heyətində 25 matçda 40 qol buraxıb. O, 5 görüşdə isə qapısını toxunulmaz saxlayıb.

Əvvəlki məqalə

Kəlbəcərdə mövqelərimiz yenidən atəşə tutulub

Sonrakı məqalə

Putin Rusiyanın Azərbaycandakı səfirinə orden verdi