Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Maraqlı
  • ÖZƏL

Şahzadə Diananın ölümü ilə bağlı gizli sirlər ortaya çıxır

Orkhan Ali 01 Sentyabr 2025 - 12:27 (Last updated: 01 Sentyabr 2025 - 12:15)
1

Böyük Britaniyanın krallıq ailəsi üzrə ekspert Tom Sayks 1997-ci ildə baş verən şahzadə Diananın ölümündə Böyük Britaniyanın xüsusi xidmət orqanlarının iştirakını irəli sürüb. AzPost  xəbər verir ki, bu versiya The Daily Beast nəşrində yayımlanan yeni jurnalistik araşdırmaya əsaslanır.

Xatırladaq ki, 31 avqust 1997-ci ildə şahzadə Diana və onun yoldaşı Dodi Əl-Fayed Paris tunelində baş verən avtomobil qəzasında həlak olub. Rəsmi versiyaya görə, avtomobil yüksək sürətlə paparatsilardan qaçarkən sürücü idarəni itirib və körpü dayağına çırpılıb.

Sayks rəsmi versiyada bir sıra uyğunsuzluqlar gördüyünü bildirir. Onun diqqətini çəkən məqamlar arasında sürücünün qanında anormal dərəcədə yüksək karbonmonoksid səviyyəsi, hadisə yerində işləyən kameraların olmaması və şahzadənin bədəninin təcili balsamlanması halları var.

Ekspert əlavə edir ki, qəza zamanı Fiat Uno avtomobili Diana və Dodiyə çırpılıb. Rəsmi məlumatlara görə, avtomobili fotoqraf Ceyms Endenson idarə edirmiş, lakin onun 2000-ci ildə vəfat etməsi səbəbindən bu faktı təsdiqləmək mümkün deyil. Sayks iddia edir ki, avtomobilin sükanı arxasında Böyük Britaniyanın xüsusi xidmət əməkdaşı ola bilərdi.

Sayks həmçinin mümkün sifarişçilərlə bağlı fərqli versiyalar olduğunu bildirir. O, krallıq ailəsi ilə razılaşdırılmadan, Diana-nı monarxiya üçün təhlükə hesab edən xüsusi xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş ssenariyə üstünlük verir.

Ötən il Londonda şahzadə Diananın ailəsinin əvvəlki rezidensiyası satılıb. Robb Report-a görə, malikanə 14,2 milyon dollara bilinməyən şəxsə satılıb və satış elan edildikdən iki həftə sonra yeni sahibini tapıb.

AzPost.az

Post navigation

Previous: Prezident İlham Əliyevin Pakistanın Baş naziri ilə görüşü olub
Next: Ukrayna parlamentinin sabiq sədrini öldürən şəxs belə saxlanıldı –

Oxşar xəbərlər

burcler
  • Maraqlı

7 noyabrın ulduz falı – Sevgi, pul və işdə bürcləri nə gözləyir?

User 07 Noyabr 2026 - 11:16
ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
ölüm
  • Maraqlı

İnsan ölərkən beynində nə baş verir? – Alimlər gözlənilməz fakt aşkarlayıb

User 06 Noyabr 2026 - 16:52

xƏBƏR

ilham xankendi
  • Baş Yazı

İlham Əliyev Xankəndidə -Təməlqoyma mərasimlərində iştirak edib

User 07 Noyabr 2026 - 11:25
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Xankəndidə Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində...
Read more about İlham Əliyev Xankəndidə -Təməlqoyma mərasimlərində iştirak edib
7 noyabrın ulduz falı – Sevgi, pul və işdə bürcləri nə gözləyir? burcler
  • Maraqlı

7 noyabrın ulduz falı – Sevgi, pul və işdə bürcləri nə gözləyir?

User 07 Noyabr 2026 - 11:16
Senator Sanders İrana qarşı müharibənin pulunu kəsməyə çağırdı Super Tuesday primary election day
  • Dünya

Senator Sanders İrana qarşı müharibənin pulunu kəsməyə çağırdı

User 07 Noyabr 2026 - 11:07
ABŞ İrana qarşı 20 milyon dollar mükafat elan etdi – Vaşinqton hansı məlumatları axtarır? iran abs xerite
  • Dünya

ABŞ İrana qarşı 20 milyon dollar mükafat elan etdi – Vaşinqton hansı məlumatları axtarır?

User 07 Noyabr 2026 - 10:55
AMEA-dan İsa Həbibbəylinin Ramiz Mehdiyevlə bağlı iddialara adının salınmasına cavab ramiz
  • Sosial

AMEA-dan İsa Həbibbəylinin Ramiz Mehdiyevlə bağlı iddialara adının salınmasına cavab

User 07 Noyabr 2026 - 10:47
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.