Şair Nəsiminin törəməsi Azərbaycana gəlib:“Bakıda oxumuşam...” (FOTO) 

“Nəsimi poeziyasına həsr olunmuş bu festival çox gözəl bir ənənədir. Ötən il də Azərbaycana gəlmişdim. Nəsimi nəslinin nümayəndəsi kimi çox şadam ki, Azərbaycan hökuməti Nəsiminin poeziyasına, həyatına diqqət yetirir və ona həsr olunmuş belə mötəbər bir festival keçirir”.

Azpost.info bildirir ki, bu fikirləri Azərtac-a müsahibəsində Nəsimi nəslinin nümayəndəsi Bəşşar Nəsimi söyləyib.

O, ölkə Prezidenti İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya belə möhtəşəm tədbirin təşkilinə görə təşəkkürünü bildirib.

“Nəsimi böyük bir filosof, İslam şairi olub. İslam poeziyası üçün böyük işlər görüb və İslam alimi, mövliyası kimi Hələbdə dəfn olunub. Nəsiminin əsərlərində ifadə olunan ideyalar ətrafında keçmişi və müasir dövrü bir araya gətirən, dünyadakı müxtəlifliklərə baxmayaraq bütün həyatın birliyini və İlahi mənbəyə çatmaq üçün əsas insan potensialının əhəmiyyətini önə çəkən festival böyük əhəmiyyət kəsb edir. Həmçinin, insanları gələcəyə aparan yola işıq saçır”, -deyə Bəşşar Nəsimi vurğulayıb.

O həmçinin bildirib ki, təhsilini Bakıda tibb üzrə alıb. Hazırda həkim kimi çalışmaqla yanaşı, şairin Hələbdəki məzarına nəzarət edir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İran prezidenti sabah Ermənistana gedir –

Sonrakı məqalə

Polşa Avropa Birliyinin miqrantlarla bağlı planını rədd edib