İspaniya prokurorluğu kolumbiyalı müğənni Şakiranı 2018-ci ildə 6 milyon avrodan artıq məbləğdə vergidən yayınmaqda şübhəli bilir.
Azpost.info xəbər verir ki, vergi orqanlarının məlumatına görə, ifaçı şəxsi gəlir vergisi və kapital vergisini ödəyərkən ofşor zonalarda yerləşən şəbəkədən istifadə edərək dələduzluq edib.
Həmçinin İspaniyada müğənni 2012-2014-cü illər arasında vergidən yayınma ilə bağlı cinayətlərdə şübhəli bilinir. Ümumilikdə, söhbət 14,5 milyon avro məbləğində borcdan gedir.
Barselonadakı məhkəməsi Şakiraya qarşı dövlət xəzinəsinə qarşı iki vergi cinayətinə görə iş açıb. Mübahisə vergi rezidenti statusu ilə bağlı yaranıb. Şakira həmin illərdə İspaniyada yaşamadığını iddia edir, lakin məlumata görə, ifaçının ölkədə il ərzində 183 gündən çox vaxt keçirməsi onu vergi rezidenti edir.
İlk məhkəmə iclası noyabrın 20-də baş tutacaq və Şakira prosesə ABŞ-dakı evindən videokonfrans vasitəsilə qatılacaq.
Azpost.info