Sakit okeanda 7,4 bal gücündə zəlzələ baş verib

Sakit okeanın Yeni Kaledoniya sahillərində 7,4 bal gücündə zəlzələ baş verib.

Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Zəlzələnin episentri 94 mindən çox insanın yaşadığı Yeni Kaledoniyanın inzibati mərkəzi Noumea şəhərindən 416 kilometr cənub-şərqdə, 45 kilometr dərinlikdə qeydə alınıb.

Həlak olanlar və dağıntılar barədə məlumat verilməyib.

Əvvəlki məqalə

Azərbaycanda Türkiyədə seçkilərin ikinci turu üçün səsvermə keçirilir

Sonrakı məqalə

Hacıqabulda həyətində xaşxaş əkən şəxs saxlanılıb