Salyanda 5 saylı cəzaçəkmə müəssisəsində əsgər özünü güllələyib

Salyan rayonunun Xalac kəndində yerləşən cəzaçəkmə müəssisəsində əsgər özünü güllələyib.

Penitensiar Xidmətdən faktı təsdiq ediblər.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, 5 saylı cəzaçəkmə müəssisəsində əsgər 2004-cü il təvəllüdlü Şamxalov Ülvü İlyas oğlu xidməti silahdan açılan atəşdən güllə yarası alıb. Yaralı əsgər Salyan rayon xəstəxanasına çatdırılıb və əməliyyata götürülüb.

Hadisənin özünəqəsd və ya ehtiyatsızlıqdan baş verməsi müəyyənləşdirilir.

Faktla bağlı hərbi prokurorluq tərəfindən araşdırma aparılır.

Əvvəlki məqalə

Hakan Fidan Blinkenlə danışıb

Sonrakı məqalə

Gürcüstanda torpaq sürüşməsində ölənlərin sayı 17-ə çatıb