Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Katogriyasız

Salyanda dəstəyə ehtiyacı olan qadınlara hüquqi xidmət göstərilib

User 16 İyul 2025 - 12:19 (Last updated: 16 İyul 2025 - 12:19)
k01

Qadın Problemlərinin Tədqiqatları Mərkəzi İctimai Birliyi Salyan rayonunda hüquqi dəstəyə ehtiyacı olan qadınlara hüquq xidməti göstərib.

Salyan rayon Tarix Diyarşünaslıq Muzeyində təşkil olunan görüş “Qadınların hüquqi müdafiəsinə dəstək” layihəsi çərçivəsində təşkil olunub.

Tədbirdə Salyan rayonundan olan 22 nəfər qadın iştirak edib.
Tədbirdə çıxış edən təşkilatın sədri Sevil Allahverdiyeva bildirib ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunur. 3 ay davam edəcək layihə Hacıqabul, Salyan və Biləsuvar rayonlarının ərazisini əhatə edir. Layihənin məqsədi məişət zorakılığından əziyyət çəkən, övladını təkbaşına böyüdən, aliment asılılığında yaşayan və digər hüquqi müdafiəyə ehtiyacı olan qadınlara hüquqi konsultasiya xidməti göstərib hüquqlarını qorunmaqla sosial vəziyyətlərinin yaxşılaşdırılmasına dəstək verməkdir.

Daha sonra layihənin hüquqşünası, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Araz Nurməmmədov müraciət edən Salyan rayon sakinlərinin müraciətlərini dinləyib. 14 nəfərin müraciəti dinlənilib. Onlardan 5 nəfərinə şifahi məsləhət verilib. 9 nəfərin isə aidiyyati dövlət qurumlarına müraciətləri hazırlanıb. Müraciətlər əsasən əlilliyin təyini, əlillikdən imtina, pulsuz dərmanla təminat, alimentin artırılması, aliment ödənilməməsi, nikahın pozulmasından sonra əmlak tələbi ilə bağlı olub.

Vətəndaşların müraciətləri əsasında onlara hüquqları izah edilib və müraciətləri ilə bağlı müvafiq qeydlər götürülüb. Hüquqi konsultasiya xidməti göstərilən şəxslərin sənədləri hazırlanaraq yaxın günlərdə vətəndaşlara çatdırılacaq. Hazırlanan müraciətlər həmin şəxslər tərəfindən imzalandıqdan sonra aidiyyatı qurumlara göndəriləcək.

 

AzPost.az

Post navigation

Previous: Sabiq icra başçısı Prezidentdən əfv edilməsini xahiş edib
Next: İlham Əliyev Qurbanqulu Berdiməhəmmədov ilə görüşüb

Oxşar xəbərlər

valyuta
  • Katogriyasız

Bu günə olan valyuta məzənnələri

User 21 Oktyabr 2026 - 09:41
sabah uefa
  • Katogriyasız

“Sabah” “Borussiya”ya məğlub oldu – Çempionlar Liqası

User 20 Oktyabr 2026 - 23:24
zelenski uitkof
  • Katogriyasız

ABŞ Ukraynaya təhlükəsizlik zəmanəti verdi – Zelenski Rusiyaya təklifini açıqladı

User 20 Oktyabr 2026 - 22:28

xƏBƏR

az abs ermeni
  • Baş Yazı

Tramp marşrutu üzrə işlər başladı – Azərbaycan, ABŞ və Ermənistan texniki qruplar yaratdı

User 07 Noyabr 2026 - 10:11
Azərbaycan, ABŞ və Ermənistanın “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (TRIPP) layihəsini həyata keçirmək üçün üçtərəfli...
Read more about Tramp marşrutu üzrə işlər başladı – Azərbaycan, ABŞ və Ermənistan texniki qruplar yaratdı
Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.