“Şamaxinka”da dəhşətli hadisə-Kişi küçədə arvadını və özünü tüfənglə vurdu

Bakıda qətl hadisəsi baş verib.

APA-nın xəbərinə görə, hadisə Nəsimi rayonunda, “Şamaxinka” ərazisində baş verib.

Kişinin küçədə arvadına ov tüfəngindən atəş açdığı, daha sonra özünü vurduğu bildirilir.

İlkin məlumata görə, qadın hadisə yerində ölüb.

Xəsarət alan kişi polis əməkdaşlarının nəzarəti ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.