Sami Yusufdən Nəsiminin “Sığmazam” qəzəlinə möhtəşəm kompozisiya –VİDEO

Azərbaycan əsilli tanınmış musiqiçi Sami Yusuf dahi Azərbaycan şairi İmadəddin Nəsiminin “Sığmazam” qəzəli əsasında musiqi kompozisiyası hazırlayıb.

Kompozisiya Nəsimin 650 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi əsasında hazırlanıb.

Kompozisiyanın musiqi direktoru və bəstəkarı Sami Yusuf, prodüser və rejissoru Andrey Boltenkodur.  Kompozisiyanı xalq çalğı alətləri ansamblının müşayiəti ilə xor kollektivi ifa edir.

Kompozisiyada “Şur” muğamından da istifadə olunub. Solistlər Sami Yusuf, Azərbaycanın əməkdar artisti Təyyar Bayramov və Əməkdar mədəniyyət işçisi Samirə Əliyevadır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir