Samir Şərifov:

"Əsas işlər xarici borcun azalmasına yönəldilib"
09 Fevral 2020 - 12:51

“Hazırda Azərbaycan daha çox borc ödəyir və bunun sayəsində ölkənin ümumi dövlət xarici borcu ÜDM nisbətində 5 faiz bəndi azalıb”.

Bunu Azərbaycanın Maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, əsas işlər xarici borcun azalmasına və borc portfelinin strukturunun dəyişməsinə yönəldilib: “Hazırda daha ucuz kreditlər cəlb edərək daha bahalı borcları ödəyə bilirik”. (APA)