Avstraliya Rusiyanın 35 fiziki və 37 hüquqi şəxsinə əlavə sanksiyalar və səyahət qadağası tətbiq edib.
Azpost.info xəbər verir ki, bu barədə Avstraliyanın xarici işlər naziri Penni Vonq bildirib.
O, maliyyə məhdudiyyətlərinə səbəb kimi Rusiyanın tərkibinə daxil olan regionlardan ukraynalı uşaqların deportasiyasını göstərib.
Nazir Rusiya Prezidenti Vladimir Putin və Rusiya Uşaq Ombudsmanı Mariya Lvova-Belovanın həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsinin qərarını xatırladıb.
Penni Vonq qeyd edib ki, yeni sanksiyalara məruz qalan vətəndaşların və müəssisələrin tam siyahısı hələ hazır deyil. Bununla belə, o, siyahıya Rusiya müdafiə kompleksinin müəssisələri, energetika və mədən sektorları, Belarus, İran və KXDR-də Rusiyanın satınalma şəbəkələri ilə əlaqəli bir sıra media şirkətləri və təşkilatları daxil olduğunu açıqlayıb.
2014-cü ildən Avstraliya Rusiya və Belarusdan olan 1,1 mindən çox vətəndaşa və 300-dən çox müəssisəyə sanksiya tətbiq edib. Ölkə Rusiya ilə bütün ticarət əlaqələrini və qara siyahıya düşən şəxslərin aktivlərini dondurub.
Azpost.info