Sarkozi cəzasının onun üçün sürpriz olduğunu deyib

Nikola Sarkozi məhkəmənin ona həbs cəzası verməsinin onun üçün sürpriz olduğunu etiraf edib.

Fransanın sabiq prezidenti bu haqda “Le Journal du Dimanche” qəzetinə müsahibə verib.

“Etiraf edirəm, bundan başqa bir şey gözləyirdim. Bu, təsəvvür edə bildiyimdən də irəli getdi. Qanunun bütün sərhədləri pozuldu. Bu, sadəcə olaraq, inanılmazdır”, o bildirib.

Sabiq prezident qeyd edib ki, o, həbsxanaya düşməyə hazırdır, lakin heç vaxt törətmədiyi bir şeyi boynuna almayacaq. /APA/

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.