Serbiya prezidenti Aleksandr Vuçiç ölkəsinin Rusiyaya qarşı sanksiyalara qoşulmayacağını və müstəqil siyasət hüququnu müdafiə edəcəyini bildirib.
Azpost.info xəbər verir ki, o, həmçinin ölkənin Kosovo və Metoxiyadan imtina etməyəcəyinə işarə edib.
“Biz Serbiyanı qoruyub saxlayacaq siyasət həyata keçirməliyik. Kiminsə istədiyi kimi sanksiyalar tətbiq etməyəcəyik. Çünki öz siyasətimizə haqqımız yoxdursa, özümüz haqqında, gələcəyimizlə bağlı müstəqil qərarlar qəbul edə bilmiriksə, niyə prezident var, niyə hökumət var? – Vuçiç deyib.
Serbiya prezidentinin sözlərinə görə, ölkə öz vətəndaşları sayəsində müstəqil və azadlıqsevər siyasət yürüdür.
Azpost.info