Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar olaraq 5 020 280 seçki büllteninin böyük əksəriyyəti çap edilib.
“Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədrinin müavini Rövzət Qasımov deyib.
Onun sözlərinə görə, dekabrın 16-dək bu prosesə yekun vurulması nəzərdə tutulub:
“Bununla da bütün dairə seçki komissiyalarının hər biri bülletenlərlə təmin olunacaq”.