“Sehrli xalat”da çəkilən uşaqlar 60 il sonra görüşdülər –FOTO

“Sehrli xalat” filminin baş qəhrəmanları 60 il sonra bir araya gəliblər.

Bu barədə jurnalist Əli Novruzəliyev sosial şəbəkədə paylaşım edib.

“Sehrli xalat” filminin baş qəhrəmanlarını 60 il sonra bir araya gətirdik! Özü də sehrli xalatın ətrafında! Rəşid (Azər Qurbanov), Arif (Nazim Mustafayev), Eldar (Yusif Şeyxov) və Zərifə (Solmaz Hətəmova)!”, – deyə Ə.Novruzəliyev bildirib.

Qeyd edək ki, ABŞ-də yaşayan Azər Qurbanov toplantıya onlayn qatılıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.