“Şeirlərini iyrənc formada ifadə edirlər…Yazma, Elza” –meyxanaçı Vüqar

“Elzanın Yazıçılar Birliyinə üzv seçilməyi böyük mübahisəyə səbəb oldu. Camaatın haqlı tərəfləri var. Mənimlə də münasibəti yoxdur. Çünki irad bildirdim ki, elə şeir yazma. Yazsan da, bir yerə qoy qalsın. Qayıtdı ki, fəlsəfəm var”.

Axsam.az xəbər verir ki, bu sözləri meyxanaçı Vüqar Əbdülov Əməkdar artist Elza Seyidcahanla bağlı açıqlamasında deyib. İfaçı verilişlərin birində müğənninin Azərbaycan Yazıçılar Birliyinə üzv seçilməsinə münasibət bildirib. O, qeyd edib ki, insanların bunu tənqid etməsinə haqq qazandırır.

Vüqar Seyidcahanın şeirlərinin mənasız olduğunu vurğulayıb və onları ələ salıb:

“Bəlkə gələcəkdə lazım olacaq. İndi aktyorlar onun şeirlərini iyrənc formada ifadə edirlər. ”Qazanı açdım, kəfini yedim”. Bu nədir? Vallah, qaytaracaqsan”.

Qeyd edək ki, meyxanaçı ilə müğənni uzun illərdir küsülüdürlər. Vüqar Elzanın ünvanına – ”Elza şeir yazmasın. O, şeir yaza bilmir. Bir də görürsən, girir şeirlərin içinə “ana qaz, ananas”… Etmə belə başına dönüm sənin, Elza”, – deyə səslənib. Seyidcahan isə – “Bir insanın ki, həyatı eyş-işrətdən, gecə klublarından ibarətdirsə, mənim şeirlərimi başqa istiqamətə yozacaq”, – deyə Vüqara cavab verib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.