Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Səməd Vurğun Moskvada “karikaturanın” “qurbanına” necə çevrildi?

User 09 İyun 2025 - 13:45 (Last updated: 08 İyun 2025 - 21:44)
semed01

İosif İlç İgin (əsl soyadı Ginzburg, 1910-1975) – Sovet karikaturaçı rəssamıdır, ədəbiyyat və incəsənət sahəsindəki bir çox tanınmış şəxslərin karikatura və portretlərinin müəllifi kimi məşhurdur.

Rəssam 1910-cu ildə yəhudi qəsəbəsi Propoiskdə (indiki Slavqorodda) anadan olub. O, 1920-ci illərin sonunda Leninqrad Rəssamlıq Texnikumunda təhsil almış, daha sonra məşhur Vxutemas və Vxutein (Ali Rəssamlıq-Texniki İnstitut) bazasında təşkil edilmiş Moskva Poliqrafiya İnstitutunu bitirmişdir.

İgin daha çox çoxsaylı karikaturaların müəllifi kimi şöhrət qazanmışdır. Sovet dövründə siyasi xadimlərin karikaturalarını və şarjlarını çəkmək qəti qadağan olunmuşdu. Buna görə də rəssam daha çox öz dövrünün yazıçıları, aktyorları və digər tanınmış mədəniyyət xadimlərinin şəkillərindən ibarət bir karikatura qalereyası yaratmışdır. Burada  Vladimir Mayakovski, Maksim Qorki, Bernard Şou, Korney Çukovski, Samuil Marşak, Faina Ranevskaya, Nazim Hikmət və başqalarının şarjlarına rast gəlmək mümkündür.

İginin rəsmləri o zamanlar Sovet jurnallarının yumoristik bölmələrində dərc olunurdu və çox məşhur idi. Xüsusilə, “Krokodil” jurnalında onun çoxlu karikatura işləri çıxmışdır. Əsərlərinin böyük bir hissəsi kitab-albomlarda toplanmışdır.

İgin son illərdə xatirələrini yazmışdır. Bu xatirələr nəticəsində “Çəkdiyim insanlar haqqında” (1966), “Mən onları gördüm…” (1975) adlı kitabları nəşr olunmuşdur.

Rəssam 1975-ci ildə Moskvada vəfat etmiş və Vaqankov qəbiristanlığında dəfn edilmişdir. Onun arxivi Rusiya Dövlət Ədəbiyyat və İncəsənət Arxivində saxlanılır.

Məşhur rəssamın “qəhrəmanlarından” biri də böyük şair Səməd Vurğun olmuşdur.

Rəssam 1975-ci ildə nəşr olunan son kitabında (“Mən onları gördüm…”) Azərbaycan şairi Səməd Vurğunla görüşünü xatırladır…

İgin qısa təəssürat yazısında məşhur şairin alicənablığını, səxavətliliyini, qonaqpərvərliyini, necə yumor hissinə malik olduğunu da bacarıqla təsvir edə bilib.

İosif İgin öz kitabında Səməd Vurğunla görüşünü belə xatırlayır:

“1952-ci ilin yazında mənə redaksiyadan xəbər verdilər ki, Səməd Vurğun Moskvaya gəlib. Onun rəsmini çəkmək lazımdır. Mən şairlə əlaqə saxladım və səhərə görüş təyin etdik…”

Gecənin bir yarısı Səməd Vurğun gözlənilmədən İgini qəfil telefon zəngi ilə oyadır.

Rəssam şairin sözlərini belə xatırlayır:

“- Bir bəladır düşmüşəm… Moskvada yata bilmirəm. Bizim Bakıda gündüz ağ, gecələrsə qara olur. Burada isə gündüz də boz olur, gecə də… Mən yatmaq əvəzinə, sənin yanına gəlib oturacağam, söhbət edərik…”

Onlar görüşürlər. “Söhbət dan yeri sökülənə qədər davam etdi. Şairin şeirlərini oxunması ilə gecə sona çatdı. Səməd şeirlərini Azərbaycan dilində oxuyurdu, mən isə onu dinləyir və şəklini çəkirdim”.

Rəssam xatırlayır ki, şair arada onun çəkdiyi rəsmə baxıb zarafatla deyir:

“Ata-babalarımızın qanunlarına görə, mən səni öldürməliyəm, – dedi. – Çünki Şərqdə insanı güldürən və digərlərini də ona güldürən adam ən böyük düşməndir. Mən səninlə görüşdüm, səninlə şərab içdim, şeirlər oxudum, amma sabah insanlar qəzeti açacaq və deyəcəklər: Bir bura bax, gör bu Səməd Vurğun necə də gülməlidir!”

İgin deyir ki, mən ona belə cavab verdim: “Əgər qanun belədirsə, onda məni öldür”.

Şairin cavabı hazır idi: “Təəssüf ki, mən bura gələndə nəyə razı olduğumu bilirdim. Bu dəfə ataların qanunu pozulacaq…”

Ertəsi gün İgin və Vurğun birlikdə “Moskva” mehmanxanasında nahar edirlər. Rəssamın xatırladığına görə, restoranda xeyli boş kiçik stollar varmış, lakin Səməd Vurğun çox böyük, iyirmi nəfərlik bir masanı seçir.

Bunun öz səbəbi var imiş. İgin belə xatırlayır:

“Mən ona dedim ki, biz kiçik stolun arxasında otursaq, bu, daha rahat olmazmı? Səməd etiraz edərək dedi: “O nə sözdür elə? Bu mehmanxanada çoxlu dost-tanış olur. Birdən onlar da gələ bilərlər. Onda mən onları kiçik stol arxasında necə qonaq edə bilərəm?!”

Firuz MUSTAFA

Yazıçı

 

AzPost.az

Post navigation

Previous: “Zakir Həsənova dedim ki, bura sənin yerin deyil” –
Next: Alimlər ürək üçün ən faydalı pendir növünün adını açıqlayıblar

Oxşar xəbərlər

AES haciqabul
  • Araşdırma
  • Baş Yazı

Azərbaycanda tikintisinə başlanan AES niyə yarımçıq qaldı? – Hacıqabulda 40 il əvvəlki sirli layihə

User 05 Noyabr 2026 - 21:17
qob01
  • Araşdırma

Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı?

User 24 Oktyabr 2026 - 11:02
bel aqrisi
  • Araşdırma

Bel ağrısı zamanı bu səhvi etməyin – Həkimdən vacib xəbərdarlıq

User 21 Oktyabr 2026 - 17:33

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.