Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sentyabrın ilk ongünlüyündə hava nisbətən sərin olacaq.
Bu proses sentyabrın 5-8-də gözlənilir. Həmişə olduğu kimi, xəzrinin müşayiəti ilə havanın temperaturu 5 dərəcəyədək enəcək. Təxminən 25 gün davam edən uzun sürən quraqlıqdan sonra yağışlar gözlənilir.