Separatçı Şahramanyan narkotik alverində şübhəli bilinir –Maşını müsadirə olundu

Qarabağ separatçılarının rəhbərlərindən olmuş Samvel Şahramanyanın “xidməti avtomobili” Ermənistanda narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar müsadirə olunub.

Bu barədə “Sputnik Armenia”ya Ermənistan İstintaq Komitəsindən məlumat verilib.

İyunun 21-də Ermənistan Daxil İşlər Nazirliyinin xüsusi təyinatlıları Samvel Şahramanyanın avtomobilini evakuatorla ərazidən aparıb. Həmin vaxt avtomobilin müsadirə olunmasının səbəbləri açıqlanmayıb.

İndi isə məsələyə aydınlıq gətirən İstintaq Komitəsi avtomobilin narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət işi çərçivəsində müsadirə olunduğunu bildirib.

Qeyd edək ki, bu ilin fevralında Samvel Şahramanyanın mühafizəçisi Aşot Danielyan hüquq-mühafizə orqanları tərəfindən saxlanılmışdı.

İki gündən sonra sərbəst buraxılan Danielyan narkotik vasitələri saxlamaqda və satmaqda şübhəli bilinirdi.

Əvvəlki məqalə

“RussNeft” Azərbaycanda işləyən şirkətləri tərkibindən çıxarıb

Sonrakı məqalə

Bayden xalqı Trampa qarşı çıxmağa çağırıb