Separatçılar sülhməramlılara atəş açıb –Ölən və yaralanan var /RƏSMİ

Ötən gün qanunsuz erməni silahlıları Rusiya Federasiyasının Sülhməramlı Kontingentinə məxsus avtomobili atəşə tutub.

Bu haqda Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, sentyabrın 20-də Azərbaycanın Tərtər rayonunun Canyataq kəndi ərazisində RSK-ya məxsus Kamaz markalı avtomobil qanunsuz erməni silahlı birləşmələrinin naməlum üzvləri tərəfindən odlu silahlarla atəşə tutulub. Hadisə nəticəsində RSK-nın 1 əsgəri ölüb, 1 nəfər hərbi qulluqçu isə yaralanıb.

Qeyd edək ki, faktla bağlı Azərbaycan Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub.

Əvvəlki məqalə

Antiterror əməliyyatından görüntülər –

Sonrakı məqalə

304 YAP üzvü partiyadan qovuldu