Serrozdan zədələnmiş qaraciyəri bərpa edən implant hazırlanır

Rusiyanın Mendeleyev adına Kimya-Texnologiya Universitetinin alimləri serroz nəticəsində zədələnmiş qaraciyərin bərpası üçün yeni üsul yaradır.

Azpost.info “İzvestiya”ya istinadən bildirir ki, bu barədə ali məktəbdən açıqlama verilib.

Bu, əməliyyat sağlam olmayan toxuma sahəsinin çıxarılmasını və onun yerinə bədənin öz hüceyrələrinin bərpasını stimullaşdıran xüsusi çərçivənin quraşdırılmasını nəzərdə tutur.

İmplantın əsasını xüsusi məsaməli material – aerogel təşkil edir. Canlı toxumanı əvəz edəcək bu implant biopolimerlərdən hazırlanır. İmplant hər bir xəstə üçün xüsusi olaraq 3D printerdə çap olunacaq.

İmplant daha sonra sağalma prosesini sürətləndirmək üçün antibiotiklər və xəstənin kök hüceyrələri ilə doldurulacaq.

Layihə Rusiya Elm Fondundan dəstək alıb.

“Biz hazırda bunun üçün istifadə edilə bilən materiallarla sınaqdan keçiririk. Hətta xəstənin özünün hüceyrələrarası matrislərindən də istifadə etmək mümkündür”, – deyə kafedra müdiri Sıqanov bildirib.

Mütəxəssislər artıq materialın xüsusiyyətlərini heyvanlar üzərində sınaqdan keçiriblər. Bunun üçün maddə laboratoriya siçovullarının dərisinin altına yeridilib. Testlər göstərib ki, bu tamamilə təhlükəsizdir. Alimlərin fikrincə, implantın istifadəyə hazır olması üçün bir neçə il lazım olacaq. Bunun üçün proses klinik tədqiqatların tam mərhələsindən keçməli olacaq.

Alimlər artıq qaraciyər implantlarını çap edə bilən orijinal printeri yığıblar. Onlar həmçinin aerogelin sterilizasiya texnologiyasını da hazırlayıblar.

 

Azpost.info

Əvvəlki məqalə

Piramidalar üçün nəhəng daşlar necə gətirilib? –

Sonrakı məqalə

Valyuta məzənnələri