Sertifikasiyada iştirak etməyən 65 yaşlı müəllimlər işdən çıxarılacaq

Çalışma yaş həddi əmək müqaviləsinə xitam verilməsi üçün əsas verir, lakin onların əksəriyyəti peşəkar müəllimlərdir”.

Bunu jurnalistlər üçün keçirilən müəllimlərin sertifikasiyası ilə bağlı məlumatlandırıcı sesiyada Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli deyib.

Onun sözlərinə görə, bir çox hallarda 65 yaşdan yuxarı olan müəllimlər əmək müqaviləsinin uzadılması üçün müraciət edirlər: “65 yaşdan yuxarı olan müəllimlər üçün sertifikasiya könüllü olduğu üçün qeyd edim ki, onlar əgər sertifikasiyada iştirak etməyəcəksə, əmək müqaviləsinin uzadılması tələbinə baxılmayacaq. Bu ayın sonunda keçiriləcək serifikasiyada 60 yaşdan yuxarı 600 müəllim könüllü olaraq iştirak etmək üçün qeydiyyatdan keçib”.

Əvvəlki məqalə

Şoyqu MDB-dəki müttəfiqlərini NATO-nun hücumuna hazırlaşmağa çağırıb

Sonrakı məqalə

DİN qəzaya uğramış turist avtobusu ilə bağlı açıqlama yaydı –