Sertifikatlaşdırmada iştirak üçün 33 mindən çox müəllimin məlumatı sistemə daxil edilib

İlkin məlumata görə sertifikatlaşdırmada iştirak üçün 33315 müəllimin məlumatı sistemə daxil edilib.

Bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, mayın 18-də həmin müəllimlərin şəxsi kabinetlərinə keçiriləcək sertifikasiya imtahanı ilə bağlı məlumatlar göndəriləcək:

“Onların 5290 nəfəri 60 yaşdan yuxarı müəllimlərdir. Qanun qəbul edilsə, həmin müəllimlər prosesdə könüllü iştirak edəcəklər. Digər dəyişiklik isə ondan ibarətdir ki, ilk dəfə işə qəbul olan müəllimlər 5 ildən bir deyil, 3 ildən bir sertifikatlaşdırmaya cəlb olunacaqlar. Qanun qəbul edilsə, həmin müəllimlər də sertifikatlaşdırmaya cəlb ediləcək. Keçən il sertifikatlaşdırmadan kəsilən 2803 müəllim də sertifikadiyada iştirak edəcək. Növbəti 3 il ərzində məktəbəqədər təhsil üzrə pedaqoji və idarəetmə heyətindən 17 000 nəfərin sertifikatlaşdırmaya cəlb olunması əsas hədəflərdəndir”.

Əvvəlki məqalə

“İrəvan Rusiyadan sifariş edilən və pulu ödənilən silahları ala bilmir”

Sonrakı məqalə

Azərbaycanda daha 19 nəfər COVID-19-a yoluxub